
- antifactum
November 2009
Comments
![]() | antifactumNovember 2009 Flora Kərimova Əzizim Dağ başında qar üstünə qar gələr, Gileylənmək zirvələrə ar gələr Hər nə geysəm vücuduma dar gələr Bu darlığa dözmək olmur əzizim. Əzəl gündən dünya yalan dünyadır, Baha satan, ucuz alan dünyadır. Arzularım nakam qalan dünyadır, Dağılanı düzmək olmur əzizim. Kaş ki, dünya zalımlığın ataydı Qəlbm bir an istəyinə çataydı. Yaşamağım göz yaşıdı, haraydı Göz yaşına dözmək olmur əzizim. |